Customs service is one of the main attributes of the independence of any state.

Zərgərlik məmulatlarını bəyan etmədən keçirməyə çalışdı

Zərgərlik məmulatlarını bəyan etmədən keçirməyə çalışdı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportun T1 terminalında "Qırmızı kanal" buraxılış sistemi vasitəsi ilə gömrük nəzarətindən keçərkən, hərəkətlərində şübhə yarandığı üçün gömrük əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra vətəndaşa rentgen aparatından keçmək təklif olunub. Nəticədə, vətəndaşın pul kisəsində, əl çantasında olan gödəkçənin cibində və üzərində əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron, yazılı formada bəyan edilməyən qızıl zərgərlik məmulatları - 6 ədəd üzük, 3 cüt sırğa, 5 ədəd boyunbağı, 8 ədəd qolbaq, 1 ədəd sırğa-üzük dəsti aşkarlanıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 188,34 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatlarıdır.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 March 2020 00:00
195