Customs service is one of the main attributes of the independence of any state.

Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə yardım ediblər (FOTO, VİDEO)

Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə yardım ediblər (FOTO, VİDEO)

Xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə dəstək tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları daha 100 ailəyə köməklik göstəriblər.

Bu dəfə Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.

Ailələr isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 

22 April 2020 00:00
195