Customs service is one of the main attributes of the independence of any state.

Ümumdünya Gömrük Təşkilatının rəhbərliyinin iştirakı ilə videokonfrans keçirilib (FOTO, VİDEO)

Ümumdünya Gömrük Təşkilatının rəhbərliyinin iştirakı ilə videokonfrans keçirilib (FOTO, VİDEO)

Aprelin 22-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanın sədrliyi ilə videokonfrans keçirilib.

Konfransda ÜGT şurasının sədri Dikson Kateşumbva, ÜGT-nin Avropa regionu üzrə sədr müavini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, eləcə də Asiya və Sakit Okean regionu üzrə sədr müavini Pranab Kumar Das, Amerika və Karib regionu üzrə sədr müavini Ramirez Paniaqua, Şərqi və Cənubi Afrika regionu üzrə sədr müavini Filiso P. Valaşia, Yaxın Şərq və Şimali Afrika regionu üzrə sədr müavini Əhməd Əl Xəlifə, Qərbi və Mərkəzi Afrika regionu üzrə sədr müavini Toumani Sanqare iştirak ediblər.

Videokonfrans koronavirus (Covid 19) pandemiyasının davam etdiyini nəzərə alaraq yaranmış mövcud şəraiti qiymətləndirmək, Ümumdünya Gömrük Təşkilatının işinin davam etdirməsinə imkan verəcək alternativ mexanizmləri öyrənmək məqsədilə keçirilib.

Konfransda əsasən ÜGT-nin gələcək tədbirlərinin təşkili ilə bağlı məsələlər müzakirə edilib, Siyasi Komissiyanın 2020-ci ilin iyun ayında keçiriləcək sessiyalarının 2020-ci ilin dekabr ayınadək təxirə salındığı bildirilib. Həmçinin, videokonfrans zamanı koronavirus (Covid 19) pandemiyası səbəbindən təxirə salınan ÜGT-nin iclasları üçün təklif olunan mexanizmlər, bu iclaslarda müzakirə olunacaq mövzular barəsində fikir mübadiləsi aparılıb.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 April 2020 00:00
195