Customs service is one of the main attributes of the independence of any state.

Gömrük nəzarətindən gizlədilən etiketlər aşkar edildi

Gömrük nəzarətindən gizlədilən etiketlər aşkar edildi

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Daf XF 105 460" markalı yük nəqliyyat vasitəsilə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb. Sorğu-sual zamanı o, avtomobildə gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük yoxlaması nəticəsində həmin nəqliyyat vasitəsinin salonunda - oturacağın alt hissəsində, hava filtrinin içərisində gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib.

Bu mallar üzərində "R.Ş.A" yazılan 4 rulon, üzərində "R.Ş.A Collection" yazılan 98000 ədəd, üzərində "Öznur" yazılan 1100 ədəd, üzərində "İpek Home Collection" yazılan 3500 ədəd etiketdən ibarət olub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 June 2020 00:00
195