Customs service is one of the main attributes of the independence of any state.

Mərkəzi Gömrük Hospitalında dörd uşaq üzərində açıq və qapalı ürək əməliyyatları keçirilib

Mərkəzi Gömrük Hospitalında dörd uşaq üzərində açıq və qapalı ürək əməliyyatları keçirilib

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə, Heydər Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında iki uşaq üzərində açıq ürək əməliyyatı aparılıb.

Daha iki uşaq isə Mərkəzi Gömrük Hospitalının dəstəyi ilə açıq və qapalı ürək əməliyyatı olunub.

Əməliyyatları Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudovun rəhbərliyi altında həkim komandası icra edib.

Beləliklə, Rəşad Mahmudov və tanınmış cərrah-transplantoloq, t.f.d. Mircəlal Kazımi, uşaq cərrahı-uzman Vüsal Cəfərov, ürək-damar cərrahı Kənan Əsədov, uşaq kardioloqu Nəsimi Cabbarov apardıqları cərrahi əməliyyatlarla yaşamaq şansı az olan uşaqlara sağlam həyat bəxş ediblər. Əməliyyat olunan uşaqlara hazırda hospitalın təcrübəli reanimatoloqu Təranə Göyüşova tərəfindən xüsusi qayğı göstərilir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 June 2020 00:00
195