Customs service is one of the main attributes of the independence of any state.

Mobil telefonları gizlədərək keçirməyə cəhd etdi

Mobil telefonları gizlədərək keçirməyə cəhd etdi

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes Benz Atego" markalı nəqliyyat vasitəsi ilə gələn  Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı avtomobilin salonundakı qabaq oturacağın alt hissəsində, sağ və sol kiçik yük yerlərində, həmçinin ön şitin içərisində gömrük nəzarətindən gizlədilən ümumilikdə 3 ədəd " Apple İphone 11 Pro Gold 64 GB" və 3 ədəd "Apple İphone 11 Pro Max Midnight Green 64 GB" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

17 June 2020 00:00
195