Customs service is one of the main attributes of the independence of any state.

Gömrük əməkdaşları üçün onlayn təlim keçirilir

Gömrük əməkdaşları üçün onlayn təlim keçirilir

İyunun 17-dən başlayaraq Dövlət Gömrük Komitəsində Birləşmiş Millətlər Təşkilatı Narkotiklər və Cinayətkarlıq İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının birgə layihəsi olan "Konteyner daşımalarına nəzarət üzrə qlobal proqram" çərçivəsində Strateji Ticarət və İxrac Nəzarəti mövzusunda onlayn təlim keçirilir.

Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturlarının əməkdaşları üçün keçirilən təlimin əsas məqsədi strateji ticarət, eləcə də ixrac nəzarətinə düşən malların identifikasiya olunması və onların qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində potensialın yüksəldilməsidir.

Tədbirin açılışında çıxış edən BMT Narkotiklər və Cinayətkarlıq İdarəsinin eksperti Ercan Saka bildirib ki, təlimdən öncə iştirakçıların mövzu ilə bağlı bilik səviyyələrinin öyrənilməsi məqsədilə keçirilən qiymətləndirmənin nəticələri qənaətbəxşdir. Belə ki, azərbaycanlı gömrükçülərin bilik səviyyələri 96 faizdən yuxarıdır.

BMT Narkotiklər və Cinayətkarlıq İdarəsinin eksperti Adam Baçelor və sözügedən idarənin Gürcüstandakı layihə ofisinin rəhbəri Naidə Şamilova çıxış edərək təlimin gömrükçülərin strateji ticarət və ixrac nəzarəti barədə bilik və bacarıqlarını artırmağa geniş imkanlar yaradacağını bildiriblər.

İyunun 19-dək davam edəcək təlimdə ekspertlər "BMT Təhlükəsizlik Şurasının 1540 nömrəli Qətnaməsi", "Strateji Nəzarətin icmalı", "Kütləvi Qırğın Silahlarının icmalı: Nüvə Kütləvi Qırğın Silahlarının icmalı: raketlər", "Kütləvi Qırğın Silahları: kimyəvi, bioloji", "Birləşmiş Millətlər Təşkilatının sanksiyaları və embarqoları", "Faktın tədqiqi", "Fırıldaqçılıq nümunələri və risk göstəriciləri" mövzularında təqdimatlar keçirəcək və müzakirələr aparılacaq.

Sonda təlim zamanı iştirakçıların əldə etdikləri bilik və bacarıqlar yenidən qiymətləndiriləcək.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 June 2020 00:00
195