Customs service is one of the main attributes of the independence of any state.

"Xəzər dənizi regionunda yaşıl limanların və bağlantıların təşviqi" layihəsinin onlayn təqdimatı keçirilib

"Xəzər dənizi regionunda yaşıl limanların və bağlantıların təşviqi" layihəsinin onlayn təqdimatı keçirilib

ATƏT-in "Xəzər dənizi regionunda yaşıl limanların və bağlantıların təşviqi" layihəsinin ikinci fazasının onlayn təqdimatı keçirilib.

Dövlət Gömrük Komitəsinin baş idarərəisləri, ATƏT nümayəndələri, Trans-Xəzər nəqliyyat marşrutu üzrəəsas nəqliyyat vəticarət iştirakçıları, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Türkiyənin müvafiq qurumları vəlimanlarının təmsilçilərinin iştirakı ilə keçirilən onlayn müzakirələrdə ticarət məsələlərinin daha da asanlaşdırılması, mövcud maneələrin aradan qaldırılması, sözügedən layihəyə sturuktur yanaşma və digər mövzularda fikir mübadiləsi aparılıb.

ATƏT nümayəndələri bildiriblər ki, ticarətin vətranzitin inkişafına ciddi təkan verəcək layihənin birinci mərhələsi iləbağlı texniki iqtisadi əsaslandırma aparılıb, həmçinin kommersiya müstəvisində rəqəmsal ticarət platformasının qurulmasına dair ümumi baxış formalaşdırılıb. Bütün sadalananların reallaşması üçün artıq işçi qrupunun yaradıldığını deyən ATƏT nümayəndəsi Thomas Palecek vurğulayıb ki, sözügedən layihə ticarətin rəqəmsallaşdırılması ilə yanaşı, digər sahələrin inkişafına da öz töhfəsini verəcək.

Bildirilib ki, layihənin ikinci fazasının icrası çərçivəsində Bakı, Aktau, Kurık, Türkmənbaşı limanlarını və Xəzər üzərindən keçən nəqliyyat dəhlizlərini birləşdirəcək vahid rəqəmsal platformanın təsis edilməsi üçün yol xəritəsinin hazırlanması məqsədilə müvafiq konsaltinq şirkətləri ilə hazırda fikir mübadiləsi aparılır.

Layihənin icrası sözügedən limanların tranzit və ticarət əməliyyatlarının rəqəmsallaşdırılması ilə yanaşı, onların səmərəliliyini və rəqabətə dözümlülüyünü, həmçinin Trans-Xəzər nəqliyyat dəhlizinin cəlbediciliyini artıracaq. Qeyd olunub ki, layihənin ikinci mərhələsi çərçivəsində logistik əməliyyatların sürətləndirilməsi, o cümlədən gömrük-sərhəd keçid məntəqələrində birgə gömrük nəzarətinin tətbiqi və bu sahədə müsbət beynəlxalq təcrübənin araşdırılması da nəzərdə tutulur.

Tədbirin sonunda layihənin hazırkı vəziyyətini müzakirə etdikdən sonra hansı addımların atıla biləcəyi ilə bağlı məqamlar və iştirakçıları maraqlandıran suallar ATƏT nümayəndələri tərəfindən ətraflı cavablandırılıb.

Qeyd edək ki, "Xəzər dənizi regionunda yaşıl limanların və bağlantıların təşviqi" layihəsinin əsas məqsədi Xəzər dənizi hövzəsində enerji təhlükəsizliyinin və tranzit nəqliyyat bağlantılarının möhkəmləndirilməsi məqsədilə Azərbaycan, Qazaxıstan və Türkmənistana dəstək verməklə Orta Asiya və qonşu ölkələrin, o cümlədən Çin və Əfqanıstanın Xəzər dənizi üzərindən Avropa bazarlarına çıxışının təşviqidir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 June 2020 00:00
195