Customs service is one of the main attributes of the independence of any state.

217 ədəd mobil telefon aşkar edilib (FOTO, VİDEO)

217 ədəd mobil telefon aşkar edilib (FOTO, VİDEO)

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Rusiya Federasiyasından ölkəmizə qaçaqmalçılıq yolu ilə xeyli sayda mobil telefonların gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub.

Həmin məlumat əsasında Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Cavadov Əlyar Sərdar oğlunun idarə etdiyi "SCANİA R420" markalı, 99 UR142/42ZA485 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisindən gömrük nəzarətindən gizlədilən, polietilen paketlərə sarınmış şəkildə 202 ədədmüxtəlif versiyalı "iPhone 11" markalı və 15 ədəd "Samsung S20" markalı, ümumilikdə 217 ədəd mobil telefonlar aşkar edilib. Həmin telefonların ümumi dəyəri 500 min manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 June 2020 00:00
195