Customs service is one of the main attributes of the independence of any state.

Yük avtomobilində mobil telefonlar aşkarlandı

Yük avtomobilində mobil telefonlar aşkarlandı

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyasından "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan edilməyən, qutusu və aksesuarları olmayan 5 ədəd "İPhone 11 Pro Max Midnight Green 256 GB" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 July 2020 00:00
195