Customs service is one of the main attributes of the independence of any state.

Avtomobillərdə siqaretlər aşkarlandı

Avtomobillərdə siqaretlər aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz" və "Ford" markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, 3160 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 September 2020 00:00
195