Customs service is one of the main attributes of the independence of any state.

"Yuyucu toz" yükü gətirən avtomobildə "İphone" markalı telefonlar aşkar edildi

"Yuyucu toz" yükü gətirən avtomobildə "İphone" markalı telefonlar aşkar edildi

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda İran İslam Respublikasından "yuyucu toz" yükü gətirən həmin ölkə vətəndaşının idarə etdiyi "Dong Feng" markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı ehtiyat hissələri üçün nəzərdə tutulmuş yeşikdə olan plastmast qabın yandan kəsilərək içərisinə yerləşdirilmiş 10 ədəd "İPhone 11" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 September 2020 00:00
195