Customs service is one of the main attributes of the independence of any state.

Telefonları soyuducuda keçirməyə cəhd etdi

Telefonları soyuducuda keçirməyə cəhd etdi

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları "Qırmızı Körpü" gömrük postunda telefonların qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.Belə ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.Yoxlama zamanı avtomobilin salonundakı soyuducuda yerləşdirilən yağ qutusunun içərisində gömrük nəzarətindən gizlədilən 10 ədəd "İphone 11" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 September 2020 00:00
195