Customs service is one of the main attributes of the independence of any state.

"Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" layihəsinin təqdimatı keçirilib (FOTO, VİDEO)

"Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" layihəsinin təqdimatı keçirilib (FOTO, VİDEO)

Sentyabrın 24-də Dövlət Gömrük Komitəsində "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" layihəsinin təqdimatı keçirilib.Tədbirdə Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumlarının rəhbərləri və media nümayəndələri iştirak edib.Komitə Katibliyinin rəisi Anar Süleymanov layihə barədə məlumat verib və bildirib ki, Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı, biznes mühitinin yaxşılaşdırılması və təkmilləşdirilməsi, tranzit və logistika imkanlarının genişləndirilməsi, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə atdığı addımlar çərçivəsində gömrük sistemində də islahatlar aparılır.Qeyd olunub ki, gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, infrastrukturun yenidən qurulması, kadr və struktur islahatları ilə yanaşı, Ümumdünya Gömrük Təşkilatının gündəliyindəki qlobal çağırışların Azərbaycanda reallaşdırılması zərurəti təqdim edilən layihənin tətbiqini aktuallaşdırıb.Anar Süleymanov "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" layihəsinin "kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasında, xidmət səviyyəsinin yüksəldilməsində də mühüm rol oynayacağını vurğulayıb.Sonra layihənin ictimaiyyətə tanıdılması məqsədilə hazırlanan videoçarx nümayiş etdirilib.DGK Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsinin rəisi Rauf Quliyev çıxış edərək "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" layihəsi barədə məlumat verib.Bildirilib ki, Azərbaycan gömrük xidməti mütəxəssislərinin hazırladığı layihə mobil və veb formatda fəaliyyət göstərəcək. Bu yenilikdən faydalanmaq üçün şəxslərin mobil telefon və ya kompüterə yüklədiyi "Smart customs" tətbiqi vasitəsilə asan loginlə qeydiyyatdan keçərək şəxsi kabinet yaratması kifayətdir.Sifarişin məbləği və miqdarı qanunvericilikdə nəzərdə tutulan limiti keçdiyi zaman müvafiq gömrük ödənişləri əvvəlcədən elektron qaydada həyata keçirilərsə, bu halda gömrük orqanına gəlməyə ehtiyac yoxdur. Belə ki, sifariş edilən bağlama maneəsiz olaraq birbaşa qeyd olunan ünvana çatdırılacaq.Bütün prosesləri internetə çıxışı olan istənilən məkanda kompüter və ya mobil telefon üzərindən həyata keçirmək mümkündür.Diqqətə çatdırılıb ki, əvvəllər xaricdən edilən sifarişin məbləği və miqdarı qanunvericilikdə nəzərdə tutulan limitdən çox olduğu halda şəxslər gömrük orqanına getməli, yazılı formada bəyannamə təqdim edərək bir neçə proseduru həyata keçirməli idi.Sonda jurnalistlərin sualları cavablandırılıb.Onu da qeyd edək ki, yeni layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, gömrük statistikasının düzgün qurulmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq.Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə xaricdən mal gətirən fiziki şəxslər artıq gömrük orqanına gəlməyəcək, gömrük əməkdaşı ilə təmasda olmadan bütün gömrük əməliyyatlarını həyata keçirə biləcək.Dövlət Gömrük Komitəsi gələcəkdə "Smart customs" tətbiqi vasitəsilə xarici ticarət iştirakçıları üçün yeni xidmətlərin istifadəyə verilməsini də planlaşdırır.Beləliklə, qanunun qüvvəyə mindiyi gündən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə sifariş edilən bağlamalar "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" tətbiqi vasitəsilə gömrük orqanına bəyan olunmalıdır.Onu da qeyd edək ki, qərarın qüvvəyə mindiyi gündən etibarən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə sifariş edilən bağlamalar "Sadələşdirilmiş Bəyannamə-Elektron Ticarət" tətbiqi vasitəsilə gömrük orqanına bəyan olunmalıdır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 September 2020 00:00
195