Customs service is one of the main attributes of the independence of any state.

Gömrük Akademiyasının "edX®" ilə əməkdaşlığı gömrük sektorunda kadr potensialını gücləndirir

Gömrük Akademiyasının "edX®" ilə əməkdaşlığı gömrük sektorunda kadr potensialını gücləndirir

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin (DGK) və onun orqanlarını təmsil edən gömrük xidməti əməkdaşlarının iştirak etdiyi virtual "DGKA-edX® Konfransı" keçirilib. Konfransda Akademiya rəisi Qulu Novruzov, "edX®"-in Qlobal Biznesin İnkişafı üzrə rəhbəri Con Şvarts, DGK Katibliyinin rəisi Anar Süleymanov və "edX®" tərəfindən təklif olunan müxtəlif onlayn kursları uğurla tamamlamış 20-dən artıq gömrük xidməti əməkdaşı iştirak edib."edX®"müxtəlif elm sahələri üzrə 3000-dən artıq təhsil kurslarını təklif edən proqram platformasıdır. "edX®"-in həlledici xüsusiyyəti kursların öz sürətinə sahib olması və proqramlaşdırıla bilməsidir. Bu platformada dərslər 4-12 həftə davam edir və hər kursun video transkripsiyası var. Hazırda dünya üzrə müxtəlif ölkələrdən "edX®"-in kurslarından keçən tələbə sayı 34 milyondan artıqdır, qeydiyyatdan keçmiş şəxslərin sayı isə 100 milyonu ötüb. "edX®" Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu, Berkli Universiteti, Kvinslend Universiteti, Pensilvaniya Universiteti, Boston Universiteti, Kioto Universiteti, Tokio Universiteti kimi dünyanın 160-dan artıq ən nüfuzlu ali təhsil müəssisələrinin onlayn tədris prosesinə qoşulmağa şərait yaradır. "edX®" video, oyun laboratoriyası və 3D virtual molekul qurucusu kimi vasitələrdən istifadə edir. Platforma, inkişafetdiricilərə qiymətləndirmə modulları yaratmağa və paylaşmağa imkan verən açıq mənbəlidir.Konfransda açılış nitqi ilə çıxış edən DGKA-nın rəisi Qulu Novruzov vurğulayıb ki, DGKA Azərbaycan ali təhsil müəssisələri, həmçinin Ümumdünya Gömrük Təşkilatına (ÜGT) üzv dövlətlərin milli gömrük təlimi qurumları və Regional Təlim Mərkəzləri arasında "edX®" ilə əməkdaşlıq edən ilk və yeganə təşkilatdır.Akademiyanın "edX®" ilə qurulmuş tərəfdaşlığı tələbələrlə yanaşı, gömrük xidməti əməkdaşlarına da beynəlxalq onlayn tədris prosesində istifadə olunan çoxsaylı kurslardan faydalanmaq imkanı yaradır.Bu imkanlardan istifadə edən gömrük xidməti əməkdaşları blokçeyn texnologiyaları, bitkoin, kriptovalyutalar, data bilikləri, əqli mülkiyyət hüququ, müqavilə hüququ, psixologiya, innovasiya, liderlik və digər sahələr üzrə onlayn kursları uğurla tamamlayaraq müvafiq 41 sertifikatı əldə ediblər.DGK Katibliyinin rəisi Anar Süleymanov qeyd edib ki, müxtəlif qurumlarda pandemiya və dəyişkən şərtlər kontekstində insan resurslarının inkişafı və gömrük sektoru islahatlarının dəstəklənməsi üçün kadr potensialının gücləndirilməsi baxımından "edX®" ilə əməkdaşlıq əhəmiyyətli addımdır. ÜGT-nin gömrük islahatları sahəsində üç əsas prinsipi olan sahiblik, hesabatlıq və gücləndirməni qeyd edən Anar Süleymanov bu kimi təşəbbüslərin həmin prinsiplərin icrasını da dəstəklədiyini vurğulayıb.Tədbirdə 2020-ci ilin iyul ayından indiyədək "edX®" vasitəsilə müxtəlif nüfuzlu universitetlərin kurslarını tamamlayaraq sertifikatlar əldə etmiş Azərbaycan gömrük orqanları əməkdaşları "edX®" kursları ilə bağlı rəylərini iştirakçılarla paylaşıblar.Konfransa ABŞ-dan qoşulmuş "edX®"-in Qlobal Biznesin İnkişafı üzrə rəhbəri Con Şvarts bildirib ki, "edX®" 2012-ci ildə Harvard və Massaçusets Texnologiya İnstitutu tərəfindən yaradılıb və dünyada həm qeyri-kommersiya, həm də açıq mənbəli yeganə MOOC (kütləvi, açıq və onlayn kurslar) müəssisəsidir. O, əməkdaşlıq çərçivəsində əldə olunan və gələcəkdə əldə olunacaq nailiyyətlərin gömrük sektorunda kadr potensialının daha da inkişaf etməsini dəstəkləyəcəyinə inandığını bildirib, Gömrük Akademiyası ilə uğurlu əməkdaşlıq nümunəsi əsasında Azərbaycanın digər ali təhsil müəssisələri ilə də əməkdaşlığa hazır olduğunu ifadə edib.Akademiyanın beynəlxalq əməkdaşlıq koordinatoru və "edX®" ilə tərəfdaşlıq layihəsinin koordinatoru Elvin Məcidov seçilmiş xarici qurumlarla "e-learning" əməkdaşlığın əhəmiyyəti və gələcək imkanlar haqda danışıb.Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 December 2020 00:00
195