Customs service is one of the main attributes of the independence of any state.

Dərman preparatları aşkarlanıb

Dərman preparatları aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib

Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin salonunda, səsgücləndirici üçün nəzərdə tutulan yerin arxasındakı boşluqda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 1300 həb, 120 flakon dərman preparatları və 175 ədəd tibbi şam aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 February 2021 00:00
195