Customs service is one of the main attributes of the independence of any state.

Avtomobillərdə siqaret aşkarlanıb

Avtomobillərdə siqaret aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda 7 fakt üzrə 9720 ədəd müxtəlif markalı siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Belə ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn müxtəlif markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 9720 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 February 2021 00:00
195