Customs service is one of the main attributes of the independence of any state.

Avtomobillərdə mobil telefon, siqaret və dərman vasitələri aşkarlandı

Avtomobillərdə mobil telefon, siqaret və dərman vasitələri aşkarlandı

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında 2 fakt üzrə tütün məmulatlarının, mobil telefonlar və dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.Belə ki, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "DAF" markalı yük avtomobilləri saxlanılıb və sürücülər şifahi sorğu-sual olunublar.Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.Gömrük baxışı zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən, qutusu və aksesuarları olmayan 1 ədəd "İphohe 11 Pro MAX 64 GB", 1 ədəd "İphone X Space 256 GB" markalı mobil telefon, 250 ampul dərman vasitəsi, həmçinin 1800 ədəd "Parliament Heets", 680 ədəd "King" markalı siqaretlər və 25 ədəd "Belomorkanal" adlı papiros aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

10 February 2021 00:00
195