Customs service is one of the main attributes of the independence of any state.

Dünya Bankının ekspertləri ilə görüş keçirilib

Dünya Bankının ekspertləri ilə görüş keçirilib

Dünya Bankının ekspertləri ilə özəl sektorun diaqnostikası çərçivəsində logistika sahəsinin qiymətləndirilməsi mövzusunda onlayn görüş keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti qurumlarının nümayəndələri, Dünya Bakının eksperti Daniel Saslavski və bankın nümayəndələri iştirak edib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov Dünya Bankı ilə Dövlət Gömrük Komitəsi arasında uzunmüddətli münasibətlərin qurulduğunu və səmərəli əməkdaşlığın daim inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən islahatların gömrük orqanlarının kadr potensialının, maddi-texniki, normativ-hüquqi bazasının gücləndirilməsinə, ümumdünya gömrük sisteminə inteqrasiyasının beynəlxalq miqyasda gömrük əməkdaşlığının genişləndirilməsi və inkişaf etdirilməsinə münbit şərait yaratdığını diqqətə çatdıran Komitə sədrinin müavini Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin mütəmadi xarakter daşıdığını vurğulayıb. Dünya Bankının dəyərləndirmə alətləri və hesabatları üzrə göstəricilərin Azərbaycan üçün vacib əhəmiyyət daşıdığını bildirən Cavad Qasımov biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticə verdiyini diqqətə çatdırıb.

Komitə sədirinin müavini Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması məqsədilə xüsusi komissiya yaradıldığını və həmin qurumun tərkibindəki "Sərhəddə ticarət" işçi qrupunun Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə fəaliyyət göstərdiyini bildirib.

Logistikanın və ticarətin inkişafı, o cümlədən bu sahədə həyata keçirilən layihələrdən danışan Cavad Qasımov logistik mərkəzlərin yaradılması, yeni gömrük buraxılış məntəqələrinin açılması və mövcud buraxılış məntəqələrinin infrastrukturunun genişləndirilməsi, o cümlədən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə görülən işlər barədə də məlumat verib.

Dünya Bakının eksperti Daniel Saslavski təmsil etdiyi qurumla Dövlət Gömrük Komitəsi arasındakı əlaqələrdən məmnunluqla bəhs edib, görüşün keçirilməsi vəözəl sektorun diaqnostikası məqsədilə təqdim olunan məlumatlara görə təşəkkürünü bildirib. Daniel Saslavski qarşılıqlı əlaqələrin daha da güclənəcəyinə və səmərəli əməkdaşlığın beynəlxalq ticarətin sürələndirilməsinə, biznes mühitinin daha da yaxşılaşdırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Daha sonra görüşdə logistika sektorunun qiymətləndirilməsinin aparılması, özəl sektorun iqtisadiyyatda iştirak imkanlarının artırılması mövzusunda müzakirələr aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 February 2021 00:00
195