Customs service is one of the main attributes of the independence of any state.

Gömrük Akademiyasında "İlk tibbi yardım" mövzusunda təlim keçirilib

Gömrük Akademiyasında "İlk tibbi yardım" mövzusunda təlim keçirilib

Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə gömrük-sərhəd buraxılış məntəqələrinin əməkdaşları üçün Dövlət Gömrük Komitəsinin Akademiyasında "İlk tibbi yardım" mövzusunda təlim keçirilib.

Təlim "Uptodate in Medicine MMC" şirkətinin təlimçiləri, həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov və həmin şöbənin həkim-metodisti Könül İsmayılova tərəfindən keçirilib. Tədbirin təşkilində həmin Mərkəzin Təlim Resurs şöbəsinin tərcüməçisi, həmçinin AHA (Amerikan Heart Association - Amerika Ürək Assosiasiyası) və "Uptodate in Medicine MMC" şirkətinin koordinatoru Leyla Eyvazova iştirak edib.

Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təlimçilər ilə görüş zamanı bildirib ki, bu təlim vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması üçün əhəmiyyətlidir.

Təlimçilər üçün Akademiyada qısa ekskursiya təşkil olunub, onlar yaradılan şərait və infrastrukturla tanış olublar.

Qeyd edək ki, təlimdə 24 gömrük əməkdaşı iştirak edir və dinləyicilərin hər biri AHA-nın (Amerikan Heart Association - Amerika Ürək Assosiasiyası) sertifikatını əldə edəcək.

1 March 2021 00:00
195