Narkotik vasitələr aşkar edildi
Narkotik vasitələr aşkar edildi
Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Belə ki, İran İslam Respublikasından ölkəmizə daxil olan yük vaqonları "Astara Dəmir Yolu" gömrük postunda saxlanılıb.
Vaqonlara gömrük baxışı keçirilərkən yük platformasının ön hissəsinin sol alt tərəfində ağ rəngli sellofan paketdə 1 ədəd bağlama aşkar edilib.
Yoxlama zamanı bağlamanın içərisində olan 3 ədəd bükümdə üzərində "M40" nişanəsi olan 200 ədəd metadon adlı həb və ümumi çəkisi 97 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı" na daxildir.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi