Customs service is one of the main attributes of the independence of any state.

Beynəlxalq yük daşımalarını həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib

Beynəlxalq yük daşımalarını həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib

Aprelin 6-da Dövlət Gömrük Komitəsində beynəlxalq yük daşımalarını həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsi Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan və Rusiya arasındakı gömrük-sərhəd keçid məntəqələrindən yük nəqliyyat vasitələrinin sərədkeçmə prosesləri, dövri olaraq yaranan növbələr, Rusiya tərəfdə Azərbaycan daşıyıcı şirkətlərinə qanunvericiliyin tətbiqi zamanı cərimələrin hesablanması, sürücülərin sərhəd-keçid məntəqələrində saxlanılması ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd olunub ki, Azərbaycan-Rusiya sərhədində yerləşən gömrük-keçid məntəqələri beynəlxalq ticarətin və tranzitin həyata keçirilməsində mühüm rol oynayır və daşımaların sürətli, asan şəkildə reallaşdırılması üçün iki ölkənin gömrük qurumları arasında səmərəli əməkdaşlıq münasibətləri mövcuddur.

Hazırda gömrük-keçid məntəqələrində yenidənqurma işləri aparılır və bu il ərzində daha bir gömrük-keçid məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur. Bu da sərhədkeçmə proseslərinin və yük daşımalarının sürətləndirilməsinə şərait yaradacaq.

Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix daşıyıcı şirkətlərin nümayəndələrinin gömrük, nəqliyyat və sərhədkeçmə prosesləri ilə bağlı suallarını cavablandırıb, onları narahat edən məsələlərin araşdırılacağını və mümkün köməyin göstəriləcəyini bildirib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 April 2021 00:00
195