Customs service is one of the main attributes of the independence of any state.

Dövlət Gömrük Komitəsinin sədri "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub (FOTO, VİDEO)

Dövlət Gömrük Komitəsinin sədri "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub (FOTO, VİDEO)

Aprelin 11-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub.

Ərazidə həyata keçirilən tikinti-quraşdırma işləri ilə bağlı Komitə sədrinə ətraflı məlumat verilib. Dövlət Gömrük Komitəsinin sədri postda gömrük rejimi zonasında, idxal-ixrac nəzarət xəttlərində, eləcə də postun inzibati binasında tikinti işlərinin gedişatı ilə maraqlanıb, müvafiq tapşırıqların icra vəziyyətini öyrənib, inşaat işlərini həyata keçirən mütəxəssislərlə söhbət edib, tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, "Xanoba" gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin ötən ilin aprel ayında imzaladığı sərəncama əsasən aparılır. İnşaat işləri başa çatdıqdan sonra gömrük postunun buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulur. Bundan başqa "Xanoba" gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan- Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 April 2021 00:00
195