Customs service is one of the main attributes of the independence of any state.

Yük avtomobillərində 4400 ədəd siqaret aşkar edilib

Yük avtomobillərində 4400 ədəd siqaret aşkar edilib

Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.Belə ki, İdarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından idarə etdikləri "Scania" və "Mercedes Benz " markalı yük avtomobilləri ilə gələn həmin ölkə vətəndaşları saxlanılıb.Nəqliyyat vasitələrinə kinoloji xidməti itin tətbiqi ilə baxış keçirilib. Bu zaman xidməti itlər avtomobillərin kabinəsinə və qoşqusuna reaksiya veriblər. Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 4400 ədəd üzərində "Manchester" yazısı olan siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
 

27 April 2021 00:00
195