Customs service is one of the main attributes of the independence of any state.

Yük avtomobillərində siqaretlər aşkar edildi

Yük avtomobillərində siqaretlər aşkar edildi

Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 4 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, İdarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından idarə etdikləri "Mack" markalı yük avtomobilləri ilə gələn həmin ölkə vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar.

Nəqliyyat vasitələrinə kinoloji xidmət itin tətbiqi ilə baxış keçirilib. Bu zaman xidməti itlər avtomobillərin kabinəsinə və qoşqusuna reaksiya veriblər. Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 8200 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 April 2021 00:00
195