Customs service is one of the main attributes of the independence of any state.

Narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana gedən "Iveco" markalı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib.Sürücü idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin avtomobil yoxlanılarkən kinoloji xidməti it yük maşınının kabininin ətraflarına reaksiya verib.Yoxlama zamanı avtomobilin kabininin alt hisssəsindəki boşluqdan bir ədəd qara rəngli parça bağlama və həmin bağlamada, ümumilikdə 210 ml həcmində maye halında metadon məhlulu, 198 ədəd həb tramadol, 23,304 qram narkotik vasitə-tiryək aşkar edilib.Xatıraladaq ki, "tramadol" Azərbaycanda "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na, "metadon" adlı məhlul isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 May 2021 00:00
195