Customs service is one of the main attributes of the independence of any state.

Gömrük əməkdaşı "Heydər zirvəsi"nə yürüşdə iştirak edib

Gömrük əməkdaşı "Heydər zirvəsi"nə yürüşdə iştirak edib

Hər il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olduğu günlə əlaqədar həm peşəkar alpinistlər, həm də könüllülər Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə yürüş edirlər.

Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə də belə bir aksiya keçirilib. Aksiyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşkil edib.

Qeyd etdiyimiz kimi, yürüşə alpinistlərlə yanaşı, müxtəlif dövlət və özəl qurumlardan könüllülər də qatılıb. O cümlədən Dövlət Gömrük Komitəsinin əməkdaşı Samir Həsənov da bu yürüşə çıxıb.

Samir Həsənovun sözlərinə görə, Bakı şəhərindən mayın 3-də başlayan yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib və nəzərdə tutulan vaxtda yerinə yetirilib. Yürüş iştirakçıları mayın 4-də "Heydər zirvəsi"nə qalxaraq burada Heydər Əliyevin barelyefi önünə gül dəstələri düzüb, ulu öndərin əziz xatirəsini yad edib və Azərbaycan bayrağını dalğalandırıblar.

Onu da qeyd edək ki, Samir Həsənov artıq 7-ci dəfədir ki, "Heydər zirvəsi"nə yürüşdə iştirak edir. Əməkdaşımız həmişə olduğu kimi növbəti yürüşdə də ona dəstək verən iş yoldaşlarına, eləcə də Dövlət Gömrük Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 May 2021 00:00
195