Customs service is one of the main attributes of the independence of any state.

Azərbaycan və Özbəkistan gömrük xidmətlərinin mütəxəssisləri arasında görüş keçirilib

Azərbaycan və Özbəkistan gömrük xidmətlərinin mütəxəssisləri arasında görüş keçirilib

Mayın 18-də Azərbaycan və Özbəkistan gömrük xidmətlərinin mütəxəssisləri arasında onlayn formatda görüş keçirilib.Görüşdə məqsəd tranzit prosedurunun tətbiqi, intellektual sərhəd-keçid məntəqələrinin və yoxlama-baxış komplekslərinin işinin təşkili sahəsində ölkəmizin təcrübəsinin öyrənilməsi olub.Dövlət Gömrük Komitəsinin əməkdaşları - Anar Məmmədov "Nəzarət avadanlıqları "Smiths Heimann" və "Yüklərə baxışın həyata keçirilməsi imkanları", Fərid Vəliyev "Gömrük tranzitinin Azərbaycan Respublikasında tətbiqi", Cəfər Quluzadə isə "Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində tətbiq edilən gömrük prosedur və əməliyyatları" mövzusunda təqdimatlarla çıxış ediblər.Həmin təqdimatlarda Özbəkistan Gömrük Komitəsinin mütəxəssislərinə tranzit bəyannaməsinin tərtibi və Azərbaycanda tranzit xüsusi gömrük prosedurunun tətbiqi, gömrük bəyannamələrinin təqdim olunması qaydası və müddəti, intellektual sərhəd-keçid məntəqələrinin yaradılması və işinin təşkili, dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin sürətli keçidi üzrə elektron xidmətlər, gömrük orqanlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS), "Bir pəncərə" prinsipinin tətbiqi, eləcə də yoxlama-baxış komplekslərinin istismarı, iş rejimi, maddi-texniki təchizatı və digər məsələlərlə bağlı məlumatlar verilib, bu sahədə Azərbaycan tətəfinin təcrübəsi bölüşülüb və fikir mübadiləsi aparılaraq qarşı tərəfin sualları cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 May 2021 00:00
195