Customs service is one of the main attributes of the independence of any state.

Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib

Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib

Azərbaycan Respublikasının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük-sərhəd buraxılış məntəqəsində Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Gömrük Səhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayev və Komitənin digər aidiyyəti strukturlarının nümayəndələri, Gürcüstan Gəlirlər xidmətinin rəis müavini Vladimir Xundadze, Gömrük departamentinin rəhbəri Zurab Siçinava və digər səlahiyyətli şəxslər iştirak edib.

Görüşdə Azərbaycan-Gürcüstan sərhədində inşa olunacaq "İpək yolu-Abreşumis Qza" gömrük-sərhəd buraxılış məntəqəsi, Bakı-Tbilisi-Qars dəmiryol layihəsi və hüquq-mühafizə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu, birgə regional və beynəlxalq əhəmiyyətli layihələrin icra edildiyini, hər iki ölkənin gömrük orqanlarının da bu sahəyə töhfə verdiyini diqqətə çatdırıb.

Bildirilib ki, iki ölkə sərhədində inşa olunacaq yeni gömrük postu gömrük əməliyyatlarının sürətləndirilməsinə, vaxt və vəsait itkisinin qarşısının alınmasına, resurslardan səmərəli istifadə edilməsinə, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə şərait yaradacaq. Komitə sədrinin müavini Azərbaycan və Gürcüstan üzərindən keçən nəqliyyat dəhlizi vasitəsilə yükdaşımaların həcminin artacağını, buna görə də yeni gömrük-keçid məntəqəsinin fəaliyyətə başlaması üçün işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Gürcüstan Gəlirlər xidmətinin rəis müavini Vladimir Xundadzeiki ölkə arasında bütün sahələrdəki strateji tərəfdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib, eləcə də yeni inşa olunacaq gömrük-sərhəd buraxılış məntəqəsinin beynəlxalq ticarətin inkişafına, yükdaşımaların rahat və sürətli şəkildə həyata keçirilməsinə şərait yaradacağını və layihənin qısa zaman ərzində reallaşdırılması üçün tərəflərin səylərini artıracağına əminliyini ifadə edib.

Sonra nümayəndə heyətləri tərəfindən Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında iki ölkənin dövlət sərhəd-keçid məntəqələri haqqında sazişin son mətni paraflanıb.

Görüşdə Bakı-Tbilisi-Qars dəmiryol layihəsi çərçivəsində məlumat mübadiləsinin təşkilinə dair məsələlər müzakirə olunub və tərəflər bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Eyni zamanda, hüquq-mühafizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi məsələləri müzakirə edilib. Bu istiqamətdə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin birgə həyata keçirdiyi Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram və ÜGT-nin Yük Hədəfləmə Sistemi üzrə təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 May 2021 00:00
195