Customs service is one of the main attributes of the independence of any state.

Dərman preparatları və müxtəlif növ mallar aşkarlanıb

Dərman preparatları və müxtəlif növ mallar aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyasından gələn "MAN" və "İveco" markalı yük avtomobillərinə "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttində gömrük baxışı həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 1980 ədəd kapsul, 270 ədəd həb müxtəlif adlarda dərman preparatları, 6 ədəd spirtli içki, hava tənzimləyiciləri və digər mallar aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 June 2021 00:00
195