Customs service is one of the main attributes of the independence of any state.

Dərman preparatları aşkarlanıb

Dərman preparatları aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn "Ford Cargo" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı avtomobilin yük yerində, diri cücə yüklərinin arasında gömrük nəzarətindən gizlədilən 57 140 həb, 2254 ampula, 402 flakon, 20 ədəd gel, 10 ədəd sprey və 65 ədəd şüşə qablaşdırmada olan müxtəlif adda dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 June 2021 00:00
195