Customs service is one of the main attributes of the independence of any state.

Dərman preparatları və siqaretlər aşkarlanıb

Dərman preparatları və siqaretlər aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Mercedes -Benz" və "İveco" markalı nəqliyyat vasitələri saxlanılıb və sürücülər şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər.

Gömrük baxışı zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 3229 həb və 363 ədəd müxtəlif adda dərman preparatları, 2600 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 June 2021 00:00
195