Customs service is one of the main attributes of the independence of any state.

COVID-19 pandemiyası zamanı davranış qaydaları üzrə maarifləndirici təlimlər keçirilib

COVID-19 pandemiyası zamanı davranış qaydaları üzrə maarifləndirici təlimlər keçirilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidməti tərəfindən Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü və Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük-sərhəd buraxılış məntəqələrində (GSBM) COVID-19 pandemiyası zamanı davranış qaydaları üzrə maarifləndirici təlimlər keçirilib. Təlimlərə GSBM-lərdə fəaliyyət göstərən bütün xidmət və nəzarət orqanlarının əməkdaşları cəlb olunub.

Təlimlərdə Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin nümayəndələri iştirak edib. Onlar iştirakçılara COVID-19 infeksiyası, əlamətləri, yoluxma yolları və həmçinin peyvəndlər barədə ətraflı məlumat veriblər. Eyni zamanda, iştirakçılar COVID-19-un fərdi qoruyucu vasitələri və onların istifadə qaydaları barədə də təlimatlandırılıb.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidməti Azərbaycan Respublikası dövlət sərhədlərində sanitariya nəzarətinin daha da gücləndirilməsi və müasir çağırışlara cavab verməsi məqsədi ilə yaradılıb. Sanitar-Karantin Xidməti gömrük sərhədindən keçən şəxslər üzərində tibbi-sanitariya nəzarətini, zərurət yarandıqda isə gömrük sərhəd buraxılış məntəqələrində karantin tədbirlərini, eləcə də Komitənin struktur bölmələrində əməkdaşlar üzərində tibbi-sanitariya nəzarətini həyata keçirir və sanitar-karantin tədbirlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə tədqiqatlar və araşdırmalar aparır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 July 2021 00:00
195