Customs service is one of the main attributes of the independence of any state.

Ümumi çəkisi 326 qram olan qızıl zərgərlik məmulatları aşkarlanıb

Ümumi çəkisi 326 qram olan qızıl zərgərlik məmulatları aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

 Belə ki, Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb, "Qırmızı Kanal" buraxılış sisteminə yönləndirilib. Vətəndaşın yükləri monitordan keçən zaman şübhəli predmetlərin təsviri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus qara rəngli əl çantasının içərisində sellofan paketdə əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan qızıl zərgərlik məmulatları - 13 cüt sırğa və 1 ədəd tək sırğa, 12 ədəd üzük-sırğa-kulon dəsti, 4 ədəd üzük-sırğa dəsti, 3 ədəd kulonlu boyunbağı, 3 ədəd boyunbağı, 2 ədəd kulon, üzərində kiçik ölçülü qaşlar olan 2 ədəd qolbaq və 1 ədəd üzük aşkar olunub.

 Aşkar edilən predmetlər qızıldan hazırlanmış, ümumi çəkisi 326 qram olan zərgərlik məmulatlarıdır.

 Faktla bağlı araşdırma aparılır.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 July 2021 00:00
195