Customs service is one of the main attributes of the independence of any state.

"Iphone"markalı mobil telefonlar aşkar edilib

"Iphone"markalı mobil telefonlar aşkar edilib

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı avtomobil saxlanılıb.Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, yataq yerinin sol tərəfindəki örtüyün arxasındakı boşluqda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən xeyli miqdarda, ümumilikdə 20 ədəd "Iphone 12 Pro Max 256 GB" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 August 2021 00:00
195