Customs service is one of the main attributes of the independence of any state.

The International Scientific Congress dedicated to the memory of national leader Heydar Aliyev has started

The International Scientific Congress dedicated to the memory of national leader Heydar Aliyev has started

Dekabrın 9-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres öz işinə başlayıb.Tədbirdən əvvəl təşkilat komitəsinin üzvləri və rəsmi qonaqlar Fəxri Xiyabanı ziyarət edib və ümummilli lider Heydər Əliyevin məzarı önünə tər çiçəklər qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilərək məzarları üstünə gül dəstələri qoyulub.Onlayn formatda 500-dən çox dinləyicinin iştirakı ilə keçirilən Konqres Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.Daha sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, t.f.d. Ceyhun Məmmədov çıxış edərək görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu və dünya miqyaslı siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verib. Ceyhun Məmmədov vurğulayıb ki, hazırda Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, Heydər Əliyevin adı ilə bağlı olan bu konqres Ümummilli liderimizin Azərbaycan səhiyyəsinin, eləcə də Azərbaycan tibb elminin dayanıqlı və sabit inkişafına verdiyi töhfələri bir daha xatırlamağa imkan verəcək, eyni zamanda Azərbaycanda pediatriya sahəsində daha böyük uğurların əldə edilməsinə dəstək olacaq. Ceyhun Məmmədov konqresin ölkənin bütün tibb ictimaiyyəti üçün əhəmiyyətli hadisə olacağına və müxtəlif pediatrik nozologiyaların diaqnostika və müalicəsi üzrə həkimlərin praktik işinin effektivliyinin artırılması baxımından imkanlar yaradacağına əminliyini ifadə edib.Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupuna uğurlu və davamlı əməkdaşlığa görə təşəkkürünü bildirən Ceyhun Məmmədov bütün iştirakçılara uğurlar arzulayıb.Konqresin rəsmi açılış hissəsində, eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri Dr. Rüstəm Hüseynov, Səhiyyə Nazirliyinin baş pediatrı, Baku Medical Plaza Klinikasının Pediatriya və neonatologiya şöbəsinin müdiri Dr. Erkin Rəhimov, Ankara Universiteti Tibb Fakultəsinin professoru, Neonatologiya Cəmiyyətinin idarə heyətinin üzvü Dr. Ömer Erdeve də çıxış edib.Konqresin rəsmi açılış hissəsindən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov və Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Dr. Merih Çetinkayanın moderatorluğu ilə "Pediatrik kardiologiya" paneli öz işinə başlayıb.Günün ikinci yarısında Konqres Səhiyyə Nazirliyinin baş neonatoloqu Dr. Rüstəm Hüseynov və Ankara Universiteti Tibb Fakultəsinin professoru, Neonatologiya Cəmiyyətinin idarə heyətinin üzvü Dr. Ömer Erdevenin moderatorluğu ilə "COVİD-19 və pediatriyada yeni aspektlər" paneli ilə öz işini davam etdirib.3 gün davam edəcək Konqresdə yerli və beynəlxalq mütəxəssis heyəti tərəfindən 9 paneldə ümumilikdə 27 məruzə dinləniləcək, sual-cavab sesiyaları və interaktiv müzakirələr həyata keçiriləcək.

9 December 2021 00:00
195