Customs service is one of the main attributes of the independence of any state.

Customs athlete was second in the world

Customs athlete was second in the world

Ukraynanın Xarkov şəhərində keçirilən şaolin döyüş sənətləri üzrə dünya çempionatında Dövlət Gömrük Komitəsinin əməkdaşı ikinci yerə layiq görülüb.

Çempionatda dünyanın 20 ölkəsindən mindən çox idmançı iştirak edib. 85 kq çəki dərəcəsində döyüşlərə qatılan Dövlət Gömrük Komitəsinin əməkdaşı Elşad Şükürov əvvəl Qazaxıstan idmançısı üzərində qələbə qazanıb. Daha sonra Gürcüstan nümayəndəsi ilə döyüşdən də qalib ayrılan idmançımız finalda Ukrayna təmsilçisi ilə görüşüb. Çempionatın fəxri kürsüsünü 1 xal hesabı ilə itirən Elşad Şükürov gümüş medala layiq görülüb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 December 2021 00:00
195