Customs service is one of the main attributes of the independence of any state.

Yük avtomobilinin sürücüsündə "Metadon" aşkar edildi

Yük avtomobilinin sürücüsündə "Metadon" aşkar edildi

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Biləsuvar" gömrük postunda İran İslam Respublikasından gələn həmin ölkə vətəndaşının idarə etdiyi "Dong Feng" markalı yük avtomobili saxlanılıb.

Şifahi sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan olunmalı hər hansı bir predmetin olmadığını bildirib.

Yoxlama zamanı sürücünün əynindəki şalvarın cibində gömrük nəzarətinə bəyan olunmayan 2 həb metadon adlı dərman preparatı aşkarlanıb. Aşkarlanan metadonun təsiredici maddəsinin miqdarı 0,08 qram təşkil edir.

Xatırladaq ki, metadon adlı dərman preparatı "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına daxildir və sintetik narkotik vasitə sayılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 January 2022 00:00
195