Customs service is one of the main attributes of the independence of any state.

Oskar

Oskar

Oskar erkək, labrador cinsinə məxsus itdir. Qoxu baxımından çox müvəffəqiyyətli bir növdür.
Dünyanın ən yaxşı üzmə qabiliyyəti olan it cinslərindəndir.Onlar sahibinə və ailəsinə son dərəcə sadiqdirlər və bütün boş vaxtlarını onlarla keçirməkdən xoşbəxt olurlar. Bu it cinsi çox inkişaf etmiş bir zəkaya malikdir və insanları çox yaxşı başa düşür. Üstəlik, it yalnız müəyyən bir anda ondan nə istədiyini başa düşmür, həm də ətrafındakı emosional vəziyyəti hiss edir.


 

•  2020-ci il 29 may tarixində Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasından tranzit keçməklə Avstriya Respublikasına gedən 2 ədəd yük avtomobillərinə "Belıy" və "Oskar" ləqəbli xidməti axtarış itləri tətbiq edilib. Xidməti itlər reaksiya verdiyi üçün həmin avtomobillər rentgen qurğusunda yoxlanılıb. Baxış zamanı hər iki avtomobilin qoşqusunun sol tərəfində düzbucaqlı formalı yanacaq çənlərinin sonradan kustar üsulla iki hissəyə bölündüyü, həmin hissələrdən birində gömrük nəzarətindən gizlədilmiş tünd qəhvəyi rəngli, kəskin qoxuya malik, tərkibindəki heroin narkotik vasitəsinin ümumi çəkisi 281 kq 435 qram olan 731 litr məhlul aşkar edilib.

Nailiyyətlərindən ibarət video çarx

195