Customs service is one of the main attributes of the independence of any state.

Buch

Buch

Buç erkək, Şərqi Avropa çoban itidir. Şərqi Avropa çoban iti qohumunun ən yaxşı keyfiyyətlərini özündə birləşdirən alman çoban itinin sovet seleksiyaçıları tərəfindən təkmilləşdirilmiş və dəyişdirilmiş "nüsxəsi"dir. Şərqi Avropa çoban iti alman çoban itinin ən yaxın qohumudur, daha kompakt xarakterə və təsiredici ölçülərə malikdir. "Orta Şərqli" alman qohumundan daha fleqmatikdir.  Rusiya Federasiyasında yetişdirilən cinsdir. O, universal hesab olunur: həm gözətçi, həm də axtarış üçündür. Hüquq mühafizə orqanları və güc strukturlarına kömək edə bilər. Bunun üçün peşəkar təlim tələb olunur.

• 2020-ci il 6 avqust tarixində Astara Dəmiryolu gömrük postunda İran İslam Respublikasından gələrək ölkə ərazisindən tranzit keçməklə Polşa Respublikasına gedən yük konteynerinə gömrük baxışı keçirilib. Konteynerdəki 20 ədəd paletin  hər birində 36 ədəd olmaqla "gil" ilə qablaşdırılmış 720 ədəd kisənin yoxlanılmasına xidməti it tətbiq olunub. "Buç" ləqəbli xidməti itin reaksiyasına əsasən 2 ədəd paletdə, hər birində 7 kisə olmaqla 14 ədəd kisədə gömrük nəzarətindən gizlədilmiş, qablaşdırılma ilə birlikdə ümumi çəkisi 200,8 kq olan narkotik vasitə - heroin aşkar edilib. 

Nailiyyətlərindən ibarət video çarx

 

195