Customs service is one of the main attributes of the independence of any state.

Lusy

Lusy

Lüsi dişi, alman çoban itidir. Alman çoban itləri müntəzəm qidalanma və uyğun ekoloji şərait təmin edildikdə uzun müddət yaşaya bilirlər. Aqressiv olmurlar, düzgün təlim ilə uşaqlar, digər itlər, pişiklər ilə yaşaya bilərlər. Alman çoban iti sahibinə sadiqdir, lakin eyni zamanda düzgün tərbiyə ilə başqa bir şəxslə də işləməyə hazırdır. Bu xidməti it üçün vacib keyfiyyətdir.


•  2019-ci il 27 noyabr tarixində Biləsuvar gömrük postunda İran İslam Respublikasından Ukraynaya "süni dəri" yükü aparan "Renault" markalı yük avtomobilinə gömrük baxışı keçirilməsi üçün "Lüsi" ləqəbli xidməti it tətbiq olunub. Xidməti it  avtomobilin qoşqusunda olan süni dəri rulonlarına reaksiya verib. Baxış keçirilən zaman ümumilikdə 560 rulon süni dəri yükündən 288 ədədinin daxilində olan silindr formalı kapron borunun içərisində gömrük nəzarətindən gizlədilmiş, şəffaf polietilen paketə yerləşdirilmiş, ümumi çəkisi 304 kq 154 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Nailiyyətlərindən ibarət video çarx

195