Management
About information
1 yanvar 1983-cü ildə anadan olmuşdur.
1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universiteti, 2005-2013-cü illərdə Odlar Yurdu Universiteti və 2013-2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almışdır.
2003-2004-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
2006-2011-ci illər ərzində müxtəlif özəl təşkilatlarda, 2011-2013-cü illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində və Əsaslı Tikinti İdarəsində, 2021-2023-cü illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətində çalışmışdır.
2023-cü ilin iyul ayından etibarən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəis müavini vəzifəsində xidmət etmişdir.
2023-cü ilin oktyabr ayından etibarən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir.
15.12.2015-ci il “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalı və 08.05.2023-cü il “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.
Ailəlidir, 2 (iki) övladı var.