Management
About information
28 sentyabr 1985-ci ildə anadan olmuşdur.
2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə təhsil almışdır.
2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
2011-ci ilin yanvar ayından 2018-ci ilin oktyabr ayınadək Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Bəyannamələrin qəbulu və işlənməsi idarəsinin Təhsil, səhiyyə və maliyyə xidmətləri sahəsi üzrə bəyannamələrin kameral yoxlanması şöbəsində, Vergi Auditi Departamentinin Operativ nəzarət idarəsində, İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin Vergidənyayınma risklərinə nəzarət idarəsinin Risklərin təhlili şöbəsində, Bakı Vergilər Departamentinin Auditin təşkili şöbəsində, Milli Gəlirlər Departamentinin İqtisadi təhlil idarəsində dövlət vergi müfəttişi və həmin baş idarənin Apellyasiya şöbəsində şöbə rəhbəri vəzifələrində çalışmışdır.
2018-ci ilin oktyabr ayından etibarən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin Təhsil və inkişaf şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
1 noyabr 2023-cü il tarixindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının auditi şöbəsinin rəisi vəzifəsində xidmət aparır.
Ailəlidir. 3 övladı var.