Customs service is one of the main attributes of the independence of any state.

Management

Turgut Valiyev
Head of Cybersecurity Division
Major of Customs service
+99412 404-22-00
turgut.valiyev@customs.gov.az
Photo
About information

2 Fevral 1990-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur.

2007-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin “Kompüterli informasiya-ölçmə texnikası və texnologiyası” ixtisasına daxil olmuş, 2011-ci ildə həmin universiteti başa vurmuşdur. İT Sistem İnzibatçılığı, İT xidmətlərin idarə edilməsi və kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlara sahibdir. Həmçinin müxtəlif yerli və beynəlxalq kurslarda qeyd olunan sahələr üzrə məruzə və təqdimatlarla çıxış etmişdir. 

2011-2012-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.

2009 – 2011-ci illərdə özəl sektorda müxtəlif şirkətlərdə İT mütəxəssisi vəzifəsində çalışmışdır;

2012-2013-cü illərdə "Azəri-Press" Agentliyində “Sistem İnzibatçısı” vəzifəsində çalışmışdır;

2013-2015-ci illlərdə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin İnformasiya kommunikasiya texnologiyaları şöbəsində İnspektor vəzifəsində çalışmışdır;

2015-2021-ci illər ərzində Dövlət Gömrük Komitəsinin İnformasiya təhlükəsizliyi şöbəsində inspektor, böyük inspektor və şöbə rəisi vəzifələrində çalışmışdır;

2021-2023-cü illərdə Dövlət Gömrük Komitəsinin İnformasiya Sistemləri və Texnologiyalar idarəsinin rəisinin müavini vəzifəsində xidmət etmişdir.

1 noyabr 2023-cü ildə Dövlət Gömrük Komitəsinin Kibertəhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, 2 övladı var.

195