Management
About information
14 may 1972-ci ildə anadan olmuşdur.
1989-cu ildə məktəbi fərqlənmə ilə bitirmişdir.
1989-cu ildə Memarlıq və İnşaat Universitetinin "İnşaat" fakultəsinə daxil olmuş, 1994-cü ildə həmin fakultənin "İnşaat mühəndisi" ixtisasını bitirmişdir.
1994-cü ildə Babək rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 1996-cı ildə ordu sıralarından təxris olunmuşdur.
1996-cı ildən 2009-cu ilədək özəl sektorda müxtəlif vəzifələrdə çalışmışdır.
21 aprel 2009-cu il tarixində Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə gömrük orqanında xidmətə qəbul olmuşdur.
21.04.2009-cu ildən 01.02.2011- ci ilədək gömrük orqanında böyük inspektor, şöbə rəisi əvəzi , 01.02. 2011-ci ildən 06.09. 2018-ci ilədək Dövlət Gömrük Komitəsinin Əsaslı Tikinti və Maddi-Texniki Təchizat İdarəsinin əsaslı tikinti şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
06.09.2018- ci ildən 01.04.2019-cu ilədək İnfrastrukturun İnkişafı İdarəsinin rəis müavini vəzifəsində çalışmışdır.
01.04.2019-cu il tarixdən İnfrastrukturun İnkişafı İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən gömrük orqanında səmərəli fəaliyyətinə görə barəsində dəfələrlə həvəsləndirici tədbirlər görülmüş, Fəxri Fərmanlarla təltif edilmişdir.Dövlət Gömrük Komitəsi sədrinin 30.01.2017-ci il tarixil əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
Ailəlidir. Üç övladı var.