Management
About information
24 may 1984-cü ildə Gəncə şəhərində anadan olmuşdur.
2001-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsinin əyani şöbəsinə daxil olmuşdur. 2005-ci ildə hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi, 2006-ci ildə həmin ixtisas üzrə maqistraturaya qəbul olaraq fərqlənmə ilə bitirmişdir.
Əmək fəaliyyətinə 2007-ci ildə ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının Prokurorluq orqanlarında başlamışdır. 2007-ci ildən Səbail rayon prokurorluğunun müstəntiqi, 2009-cu ildən Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2011-ci ildən Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin böyük prokuroru, 2017-ci ildə Bakı şəhəri, Səbail rayon prokurorunun müavini təyin edilməklə müxtəlif vaxtlarda həmin rayonun prokuroru vəzifəsini icra etmişdir.
2020-ci ildə xüsusi xidmət orqanlarında xidmətə başlamış, həmin ildə Dövlət Təhlükəsizk Xidmətinin İbtidai İstintaq İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
28 dekabr 2022-ci ildə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarə rəisinin müavini təyin edilməklə 29 dekabr 2022-ci il tarixdən həmin Baş İdarənin rəisinin vəzifələrini icra etmişdir. 11 aprel 2023-cü ildə Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
01 iyun 2020-ci ildə Prokurorluq orqanlarında qüsursuz fəaliyyət, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanla, 27.03.2021-ci ildə Dövlət Təhlükəsizlik Xidmətində qüsursuz xidmətə görə 3-cü dərəcəli medal və xidmətdə fərqləndiyinə görə DTX-nın döş nişanı ilə təltif edilmişdir.
2004-cü ildə Belçika Krallığının Brüssel şəhərində Avropa Birliyi yanında Azərbaycan Respublikasının Nümayəndəliyində siyasi və iqtisadi sahədə dövlətlərarası strateji əməkdaşlıq, insan hüquqlarının qorunması, demokratiya və qanunun aliliyi mövzusunda təşkil edilmiş tədris proqramında təcrübə keçmişdir.
Ailəlidir, 2 övladı var.