Management
About information
Meeting Days:
Mondays of every week
Fuad Mikayıl oğlu Aslanov 1979-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1996-2000-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Kompyuter Elmləri ixtisası üzrə təhsil almışdır. ADNA-nı bitirdikdən sonra, 2006-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsinə daxil olmuş və Biznesin İdarəolunması ixtisası üzrə təhsil almışdır. Eyni zamanda 2017-2019-cu illərdə ABŞ Çikaqo Universitetinin Biznesin İdarəolunması ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.
2000 – 2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında rabitə tağımının komandiri vəzifəsində xidmət etmişdir.
1998 – 2009-cu illərdə müxtəlif şirkətlərdə proqram tərtibatçısı, verilənlər bazası inzibatçısı, İT meneceri;
2009 – 2018-ci illərdə PAŞA Bankda Texniki İşlər üzrə baş direktor müavini, Proqram Tərtibatçılığı və Dəstək direktoru və Bank Sistemlərinin İnkişafı Departamentinin direktoru;
2018 – 2020-ci illərdə Veysəloğlu şirkətlər qrupunda İnformasiya İşləri üzrə baş direktoru;
2020 – 2021-ci illərdə Dövlət Vergi Xidmətində Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin rəisi əvəzi;
2021 – 2022-ci illərdə (eManat) “Modern Group”da İnformasiya İşləri üzrə baş direktor vəzifəsində çalışmışdır.
2022-ci il 13 sentyabr tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq əmrinə əsasən Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Peşə fəaliyyəti ərzində İnformasiya kommunikasiya texnologiyaları və İdarəetmə sahəsində geniş təcrübəyə yiyələnmişdir. Effektiv İT və rəqəmsal transformasiya strategiyaların formalaşdırması və idaredilməsi, prioritet məqsədlərə nail olmaq üçün texnoloji dəyişikliyin idarəedilməsi, starteji hədəflərin əlçatanlığını və əsas biznes proseslərin dayanıqlığını təmin edmək üçün müxtəlif texnoloji həllərin tətbiq edilməsi təcrübəsinə malikdir. Ödəniş sistemləri, elektron pul kisələri və mobil ödəniş sistemləri, Bank, ERP və Data Warehouse sistemləri kimi bir çox layihələrə rəhbərlik etmişdir.
Eyni zamanda, Strateji Planların hazırlanması, Əməliyyat səmərəliliyi və dəyərin optimallaşdırması, Rəqəmsal transformasiya, Məlumatların təhlili İT arxitekturası və Proqram təminatı, Biznesin inkişafı və İdarə edilməsi, proqram, portfolio və layihə idarəetmə, Bulud texnologiyaları sahələrində peşəkar biliklərə malikdir
İngilis, Rus və Türk dillərini əla səviyyədə bilir.
Evlidir, iki övladı var.