Management
About information
1977-ci ildə Bakı şəhərində anadan olub.
1994-cü ildə Bakı şəhəri Nəsimi rayonu 42 nömrəli orta məktəbi bitirib.
1994-cü ildə Bakı Asiya Universitetinin İnzibati İdarəetmə fakültəsinin bakalavr pilləsinə daxil olub və 1998-ci ildə həmin universiteti Gömrük işinin təşkili ixtisası üzrə bitirib.
1995 - 1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Peşəkar yanğından mühafizəsi dəstəsində yanğınsöndürən vəzifəsində çalışıb.
1999 - 2000-ci ildlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olub.
2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının İnzibati İdarəetmə fakültəsinin magistr pilləsinə daxil olub və 2002-ci ildə həmin universiteti Gömrük ekspertizası ixtisası üzrə bitirib.
2003-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Statistika və İnformasiya Texnologiyaları İdarəsinin Gömrük statistikası və təhlili şöbəsinin inspektoru vəzifəsinə təyin olunub.
2006 - 2010-cu illərdə Dövlət Gömrük Komitəsi Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi Metodologiya və müqayisəli statistikası şöbəsinin rəisi vəzifəsində çalışıb.
2010 - 2012-ci illərdə Dövlət Gömrük Komitəsi Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin Gömrük Statistikası və təhlili şöbəsinin rəisi vəzifəsində çalışıb.
2012 - 2015-ci il illərdə Dövlət Gömrük Komitəsi Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin Statistik uçot və tədqiqatlar idarəsinin rəisi vəzifəsində çalışıb.
2015 - 2018-ci illərdə Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Fəaliyyətin Qiymətləndirilməsi idarəsinin rəisi vəzifəsində çalışıb.
2018 -2023 cü illərdə Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.
20 oktyabr 2023-cü ildə Dövlət Gömrük Komitəsinin Statistika İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Ailəlidir. İki övladı var.