Customs service is one of the main attributes of the independence of any state.

Management

Hamid Shirinov
Head of Division for Coordination of Activities of Customs Authorities
Customs Service Colonel-lieutenant
+99412 404-22-00
hamid.shirinov@customs.gov.az
Photo
About information

05 noyabr 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi İqtisadiyyat fakultəsinin Maliyyə-kredit ixtisası üzrə təhsil almışdır.

2007-2008-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

2010-cu ilin mart ayından 2018-ci ilin oktyabr ayınadək Vergilər Nazirliyinin Qubadlı rayonu vergilər şöbəsində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentində, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində, Vergilər Nazirliyinin İqtisadi Təhlil Departamentində və Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departementində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi vəzifələrində xidmət etmişdir. 

2018-ci ilin oktyabr ayından etibarən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin Kadrlarla işin təşkili şöbəsinin, 2023-cü il tarixindən qeyd edilən İdarənin Kadrlarla işin təşkili və uçotu şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir.

27 fevral 2024-cü il tarixindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

26 yanvar 2022-ci il tarixində "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 İlliyi (1992-2012)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Ailəlidir, 2 (iki) övladı var.

195