Rəhbərlik
Məlumat
11 oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2005-2009-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, 2010-2012-ci illərdə magistr təhsili almışdır.
2009-2010-cu illərdə hərbi xidmətdə olmuşdur.
2012-ci ildə gömrük orqanlarına xidmətə qəbul müsabiqəsində yüksək nəticə əldə edərək Astara Gömrük İdarəsinin böyük inspektoru vəzifəsində fəaliyyətə başlamış və gömrük sistemində müxtəlif vəzifələrdə çalışmışdır.
2016-2018-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin böyük inspektoru vəzifəsində çalışmışdır.
2018-2023-cü illərdə Komitə aparatının Gömrük prosedurlarının idarə olunması şöbəsinin rəisi olmuşdur.
2023-2024-cü illərdə Balakən Gömrük İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
2024-cü ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 1 (bir) övladı var.